18.10.2021
18 Oktyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsi Müstəqilliyin Bərpası Günü münasibəti ilə “Heydər Əliyev –Müstəqilliyimizin memarı” adlı sənədli film nümaiş etdirdi.
Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva açıq elan etdi.O,hər kəsi bayram münasibətilə təbrik etdi və 18 oktyabr –Dövlət Müstəqilliyinin Bərpası gününün əhəmiyyətindən danışdı.
Bildirdi ki,1991-ci il 18 oktyabrında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etməklə öz tarixi müstəqilliyinə qovuşan Azərbaycan , Şərqin ilk demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi.
Samux rayon MKS-nin direktor əvəzi Telli Nəsibova bayram münasibətilə hər kəsi təbrik etdi və bildirdi ki, bu gün biz qalib xalq kimi müstəqilliyimizi qeyd edirik.Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. QazanılanuğurlarındavamlıinkişafınıtəminetməküçünxalqözPrezidentinə, Prezidentisəözxalqınagüvənir. Çünkigenişanlamdadövlətdə, qazanılanhərbirnailiyyətdəməhzxalqınazadvəmüstəqilyaşamasınaxidmətedir.Prezident İlham Əliyevin davam etdirdiyi varislik siyasəti ilə ümummilli lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycan dünyada tanındı, nümunə göstərildi, nüfuzu artdı.
Daha sonra “Heydər Əliyev – Müstəqilliyimizin memarı” adlı sənədli filmə baxış keçirildi.